Yaponiya hökumətinin sifarişi ilə 18 nəfərlik axtarış-xilasetmə qrupu zəlzələ bölgələrində aparılan işlərdə iştirak etmək üçün Türkiyəyə gəlib. Axtarış-xilasetmə qrupunun rəisi Hideaki Yamamoto Yaponiya olaraq türk xalqının yanında olduqlarını bildirib.
Tribunainfo.az Hürriyət-ə istinadən xəbər verir ki, Kahramanmaraşda baş verən iki böyük zəlzələdən sonra müxtəlif ölkələrdən axtarış-xilasetmə qrupları bölgəyə gəlməyə başlayıb. Nəhayət, Yaponiya hökumətinin sifarişi ilə 18 nəfərlik axtarış-xilasetmə qrupu Türk Hava Yollarına (THY) məxsus təyyarə ilə saat 06.20-də Tokiodan İstanbula çatıb.