Yapon üsulu su içməklə də arıqlaya bilərsiniz: Ən asan arıqlama üsulu

Yapon üsulu su içməklə də arıqlaya bilərsiniz: Ən asan arıqlama üsulu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyadan dünyaya yayılan “su əsaslı pəhriz” son illərdə böyük maraq görür. Günü su içməklə başlamağı tövsiyə edən bu üsul, düzgün tətbiq olunduqda bədənin sağlamlığını dəstəkləyir və arıqlamağa kömək edə bilər.

Tribunainfo.az xəbər verir ki, yapon su pəhrizi, kökləri qədim Yapon mədəniyyətinə əsaslanır və Yaponiya Həkimlər Birliyinin tövsiyələri ilə yenidən məşhurlaşdı. Bu üsula görə, səhər oyanan kimi ac qarına dörd stəkan su içmək lazımdır. Suyun kireçsiz, təzə və otaq temperaturunda olması tövsiyə olunur. Hər stəkan arasında bir neçə dəqiqə gözləmək və içmə prosesini tələsdirməmək önəmlidir.

Səhər yeməyindən əvvəl təxminən 45 dəqiqə gözləmək lazımdır. Bu rutinə alışmaqda çətinlik çəkənlər iki stəkanla başlayıb zamanla miqdarı artırmaqla davam edə bilərlər. Yeməklərdən sonra həzm prosesini asanlaşdırmaq üçün bir neçə saat su içməmək məsləhət görülür; ancaq zəruri olduqda az miqdarda ilıq su seçilə bilər.

METABOLİZMIN SƏSSİZ QƏHRƏMANI

Elmi tədqiqatlar göstərir ki, su bədənin təbii funksiyaları üçün həyati əhəmiyyət kəsb edir. Su, metabolizmi sürətləndirərək yağ yandırılmasına dəstək olur, bədəni nəmləndirir və toksinlərin xaric edilməsinə kömək edir. Eyni zamanda həzmi asanlaşdırır, qaraciyər və böyrəklərin sağlam işləməsini dəstəkləyir.

Lakin mütəxəssislər çoxlu su içməkdən çəkinməyi vurğulayırlar. Birdən çox miqdarda su içmək bədən üçün zərər verə bilər. Buna görə də, suyun yavaş-yavaş və kiçik yudumlarla içilməsi məsləhətdir.

YAPON SU PƏHRİZİ SAĞLAMLIĞA FAYDALIDIR?

Yapon su pəhrizi düzgün tətbiq olunduqda bədəni təmizləyir, həzmi nizamlamaq və arıqlama prosesinə dəstək olur. Ancaq təkbaşına möcüzəvi bir həll deyil. Sağlam qidalanma, nizamlı idman və balanslı həyat tərzi ilə birləşdirildikdə həqiqi təsirini göstərir.

Qısa desək, yaponların uzunömürlülüyünün sirri bəlkə də bu sadə amma təsirli səhər adətində gizlidir.

İmran Kərimli