backend

Yapon dermatoloqlardan XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təbii bitki yağları son vaxtlar inanılmaz dərəcədə populyardır.  

Təbii bitki yağları son vaxtlar inanılmaz dərəcədə populyardır. 

Bir çox qadınlar onlardan makiyaj təmizləyici və ya nəmləndirici krem kmi istifadə edir. Lakin yapon dermatoloqları müəyyən edib ki, o yağlar dəriyə böyük ziyan vura bilər!


TİA.AZ publika.az-a istinadən xəbər verir ki, yapon həkimlərinin apardığı araşdırma göstərib ki, xanımların əksəriyyəti yağları düzgün şəkildə istifadə etmir. Tibb elmləri doktoru, həkim-dermatoloq-kosmetoloq Kadzumi Toyama deyir ki, yağlarn səhv istifadəsi ciddi fəsadlara gətirib çıxara bilər:

“Yağlar üz üçün son illərdə kosmetologiyada müqəddəs vasitəyə çevrilib. Demək olar ki, bütün brendlər kosmetik yağlar və bu silsilədən məhsullar istehsal edir. Mütəxəssislər dərini nəmləndirmək, yumaq və makiyajı təmizləmək üçün yağlardan istifadə etməyi tövsiyə edir. Bəli, mən bununla razılaşmaya bilmərəm ki, yağlar bir çox dəri problemlərinin həllində həqiqətən də müsbət nəticələr göstərir. Xüsusilə tutqun dəri rəngini canlandırır. Amma yalnız bir şərtlə ki, onlar düzgün tətbiq edilsin! Qızların əksəriyyəti isə yağlardan tamamilə yanlış istifadə edir və bununla da dəriyə böyük ziyan vururlar! Yağlar makiyaj qalıqlarını, dekorativ kosmetikanı çox rahat təmizləyir. Bəli, bu, çox gözəldir, ancaq çoxları üzünü yağla təmizlədikdən sonra dəri səthini yumaq lazım olduğunu unudur. Əks halda dəri zədələnə bilər. Çünki dəri lipid baryeri ilə müdafiə olunur. Bu, dərinin qurumasına mane olur və hüceyrələri ətraf mühitin zərərli təsirindən qoruyur. Əgər makiyajı yağla təmizlədikdən sonra üzü su ilə yumasanız, onda yağ dərinin müdafiə təbəqəsini məhv edəcək. Nəticədə dəri qıcıqlanması, quruması, qabıq vermə baş verə bilər. Əgər mütəmadi olaraq belə səhv etsəniz, dəriniz ekoloji şəraitin, sərbəst radikalların və digər zərərli amillərin dağıdıcı təsirinə məruz qalacaq.

Bəs, kosmetik yağıları necə istifad etməli?

Kadzumi Toyama bildirib ki, yağları dəriyə masaj hərəkətləri ilə çəkmək və bundan sonra yağı su ilə yumaq laızmdır, yağ dəridə 30 saniyədən artıq qalmamalıdır. Yağları heç bir halda üzdə maskalar, kremlər və ya digər qulluq vasitələri kimi uzun müddət saxlamaq olmaz. Onu yuduqdan sonra isə üzə nəmləndirici krem çəkməyi unutmayın.

Əgər kosmetik yağlardan makiyajı təmizləyici vasitə kimi istifadə edirsinizsə, onu mütləq misellyar su proseduru ilə başa vurun, sonra isə nəmləndirici baxım kremlərini çəkin.