Yapı Kredi Bank Azərbaycan QSC 2024-cü ildə 317 milyon 588 min manat kredit verib. Bu kreditlərin 27 milyon 50 min manatı ümidsiz olub.
Tribunainfo.az Teleqraf.com-a istinadla xəbər verir ki, bankın ötən ilin 12 ayı üzrə maliyyə hesabatına əsasən, qeyri-standart kreditlərin kredit portfelində çəkisi 11,2% təşkil edib.
Ötən il verilən 317 milyon 588 min manat kreditin 9,93%-nin, yəni 31 milyon 533 min manatının vaxtı keçib. Vaxtı keçmiş kreditlərin 26 milyon 634 min manatı paytaxtın payına düşüb.
Bankın iri kreditlərinin həcmi 72 milyon 874 min manat olub.
Verilən kreditlərin 86,01 milyon manatı tam təminatlı olub. 231,5 milyon manat kredit qismən təminatlı və ya təminatsiz olub.
Mərkəzi Bankın qaydasına əsasən tam təminatlı aktivlər vaxtı 360 günü keçdikdə, qismən təminatlı aktivlərin vaxtı 270 günü keçdikdə ümidsiz kimi təsnifləndirilir.