“Yapı Kredi Bank Azərbaycan” depozit portfelinin 26%-dən çoxunu itirib

“Yapı Kredi Bank Azərbaycan” depozit portfelinin 26%-dən çoxunu itirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yapı Kredi Bank Azərbaycan”ın depozit portfeli kəskin “əriyib”. 

Tribunainfo.az  Valyuta.az – a istinadən xəbər verir ki, bankın 2025-ci il iyunun 30-na ümumi depozit portfeli 392,9 milyon manat təşkil edib. Başqa sözlə, bank son altı ayda 141,8 milyon manat və ya portfelin 26,5%-ni itirib. 2024-cü ilin sonuna olan rəqəmlərə əsasən bankın əmanət portfeli 534,8 milyon manat təşkil edib.

Əhalinin bankdakı əmanətləri ilin ilk yarısında 9,2 milyon manat azalaraq 97,5 milyon manata enib. 2024-cü ilin sonu üzrə bu rəqəm 106,8 milyon manata bərabər olub.

Ən böyük azalma isə hüquqi şəxslərin depozitlərində müşahidə edilib. Şirkətlər ilk altı ayda bankdan 132,5 milyon manata vəsaiti geri çəkib. Nəticədən bankın hüquqi şəxslər üzrə depozit portfeli 428 milyon manatdan 295,5 milyon manata enib.

Bu isə ümumilikdə bankın öhdəliklərinə təsir edib. Bu ilin ilk yarısında bankın cəmi öhdəlikləri 620,4 milyon manatdan 475,4 milyon manata enib.