Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının yaranmasının 24-cü ildönümü münasibətilə tədbir keçirilib.
Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının yaranmasının 24-cü ildönümü münasibətilə tədbir keçirilib
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov, millət vəkili, YAP Siyasi Şurasının üzvü, Musa Quliyev, millət vəkili, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, rayon ziyalıları və fəal gənclər iştirak ediblər.
Öncə tədbir iştirakçıları Ulu Öndərin abidəsi önünə güllər düzüb, Dahi Şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər.
Tədbiri giriş sözü ilə acaraq Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov bildirib ki, YAP-ın yaranması müasir tariximizin ən mühüm ictimai-siyasi hadisələrindən biridir: “YAP tarixi zərurətdən yaranaraq, qısa zaman kəsiyində ümumxalq partiyaya çevrilib. Yarandığı dövrdən bu günə qədər Yeni Azərbaycan Partiyası yalnız Azərbaycanın inkişafı naminə çalışıb”.
O, tarixə nəzər salaraq 1990-cı ilin əvvəllərində Azərbaycanın dərin böhran vəziyyətində olduğunu, bu böhrandan xalqı və dövləti Ulu Öndər Heydər Əliyevin çıxardığını, xalqın ziyalılarının müraciəti ilə 1992-ci il 21 noyabr tarixində Azərbaycanın taleyində çox mühüm rol oynayan Yeni Azərbaycan Partiyasının yarandığını vurğulayıb.
Tədbirdə çıxış edən millət vəkili, YAP Siyasi Şurasının üzvü Musa Quiyev YAP-nın ötən dövr ərzində böyük inkişaf yolu keçdiyini diqqətə çatdırıb. YAP üzvlərinin ölkənin ictimai-siyasi proseslərində fəal iştirak etdiyini deyən natiq Ümummilli Liderin əsasının qoyduğu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, bu siyasətin nəticəsində hazırda ölkəmizin güclü dövlətə çevrildiyini qeyd edib.
YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov partiyanın yaranma tarixinə nəzər salaraq, o dövrün çətinliklərindən bəhs edib. Bildirdi ki, Ulu Öndər Heydər Əliyev yaratdığı Yeni Azərbaycan Partiyası ölkəmizin, xalqımızın həyatını kökündən dəyişməklə yanaşı Azərbaycanın həyatında yeni mərhələnin əsasını qoydu: “YAP siyasi mübarizələrlə dolu şərəfli bir yol keçib. Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi siyasətin avanqard qüvvəsi kimi xalqımızın həyatında mühüm rol oynayır. İnanırıq ki, bundan sonra da belə davam edəcək, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ideyalarını yaşadacaq. Partiyamız Ulu Öndər siyasi məktəbinin, Onun yolunun və ideyalarının davamçısı olacaq”.
Digər natiqlər çıxış edərək Yeni Azərbaycan Partiyasının cəmiyyətimizdəki mövqeyi, onun yerli strukturlarının fəaliyyəti haqqında fikirlərini bildiriblər. Qeyd olundu ki, YAP hər zaman dünəninə hörmət, gələcəyinə rəğbətlə yanaşır: “Bu da partiyamızda yaşlı nəsillə bərabər, qadınlara, gənclərə olan inamın təcəssümüdür. Ona görə də, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış və bu gün Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının nüfuzu gündən-günə artmaqdadır. Sıralarını daim kəmiyyət və keyfiyyət etibarilə genişləndirən Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyası kimi xalqımızın həyatında öz sözünü deməyə qadir partiyadır”.
Sonda YAP Qaradağ rayon təşkilatının 9 nəfər fəal üzvünə rayon İcra hakmiyyətinin fəxri fərmanları təqdim olunub.