Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin bu gün keçiriləcək iclasının gündəliyi məlum olub.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1.Milli Məclisə 2024-cü ilin sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyasının Tədbirlər Planının təsdiq edilməsi;
2.Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının yaradılması və onun tərkibinin təsdiq edilməsi;
3.Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələrinin və maloyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin təyin olunması;
4.Səsvermə gününədək seçki komissiyasının iclaslarını müşahidə edəcək şəxslərin təyin edilməsi.
APA