Bu gün hakim Yeni Azərbaycan Partiyasının deputatlığa namizədlərinin siyahısı müəyyənləşib.
Gün ərzində siyahının açıqlanacağı gözlənilir.
AzNews.az portalına Bərdə rayonunu əhatə edən 98 və 99 saylı dairələrdən YAP-ın irəli sürdüyü namizədlərin adları bəlli olub.
Bərdə kəndlərini və Tərtərin bəzi yaşayış məntəqələrini əhatə edən 98 saylı dairədən keçmiş deputat, Azərbaycan Üzgüçülük Federasiyasının sədri Xanlar Fətiyev namizəd göstərilib.
Bərdə şəhərini əhatə edən elektoral massivdən isə hazırkı deputat Fatma Yıldırımın namizədliyi yenidən irəli sürülüb.