YAP əvvəlki seçkilərdə neçə mandat qazanmışdı?

YAP əvvəlki seçkilərdə neçə mandat qazanmışdı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi, sentyabrın 1-də Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, dünən Yeni Azərbaycan Partiyası 125 dairənin hər biri üzrə namizədlərini elan etdi və siyahı maraqla qarşılandı.

Bundan əvvəlki çağırışlara nəzər salsaq görərik ki, parlamentdə indiyə qədər hakim partiya çoxluq təşkil edib.

Modern.az-ın məlumatına görə, Milli Məclisə 1995-ci ildən etibarən keçirilən bütün seçkilərdə YAP qələbə qazanıb.

Belə ki, 2020-ci il fevralın 9-da keçirilən seçkilərdə hakim partiya Milli Məclisin 125 deputat yerindən 70-ni əldə edib. Bundan başqa, 41 nəfər bitərəf olub.

2015-ci ildə keçirilən parlament seçkilərində isə 15 siyasi partiya və daha 7 partiyadan ibarət olan bir seçki bloku iştirak edib. Ümumilikdə 125 mandat üzrə 767 namizəd mübarizə aparıb. Hakim partiya 125 mandatdan 71-ni qazanıb.

2010-cu ildə Milli Məclisə keçirilmiş seçkilərdə də Yeni Azərbaycan Partiyası qalib gəlib. Hakim partiya 125 mandatdan 72-sini qazanıb. Qalan mandatlardan 41-i partiyasız namizədlər, 3-ü Vətəndaş Həmrəyliyi Partiyası, 2-i isə Ana Vətən Partiyası qazanıb. Daha 7 partiya isə hərəyə 1 mandat qazanıb.

Milli Məclisə 3-cü çağırış seçkilər 2005-ci il 6 noyabrda keçirilib. Bu seçkilərdən sonra YAP 63 deputatla Milli Məclisdə təmsil olunub. 2000-ci ildə keçirilən II çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə isə hakim partiya 77 mandat qazanıb.

1995-il noyabrın 12-də keçirilən Milli Məclis üzvlərinin seçkisində isə YAP 53 mandat qazanıb.