YAP-çı deputat ciddi struktur islahatlarının anonsunu verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Struktur islahatları davam edəcək. Prezident Administrasiyasında böyük struktur islahatı keçirilir.  “Struktur islahatları davam edəcək. Prezident Administrasiyasında böyük struktur islahatı keçirilir. 

Həmçinin Konstitusiyaya əlavə və dəyişikliklərdən sonra yeni strukturlar yarandı. Növbəti olaraq isə idarəetmədə ciddi struktur islahatı gözlənilir. Hazırda bununla bağlı cənab Prezidentə təqdim etmək üçün proqramlar hazırlanır. Çünki idarəçiliyin operativliyini təmin etmək, vətəndaşların problemlərinin həll olunması və s. baxımından bu labüddür”.

TİA.AZ  xəbər verir ki, bunu APA-ya müsahibəsində Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib.

“İndi Novruzəlinin məktubu poçtla ehtiyatla yolladığı yox, informasiya texnologiyalarının bir saniyədə məktubu çatdırdığı əsrdir. Biz də bununla ayaqlaşmalıyıq. Bununla bağlı bizim qanunvericilik bazamız kifayət qədər var. Artıq o bazaya uyğun olaraq islahat aparılacaq. Şişirdilmələr azaldılmalı, az sayda idarəetmə aparatı ilə fəaliyyət təmin olunmalıdır. Bütün bunlarla bağlı son qərarı vermək səlahiyyəti, təbii ki, cənab Prezidentə məxsusdur. Hansı sahədə struktur məqbul hesab olunacaqsa, qalacaq, hansı sahədə hesab olunmayacaqsa, ləğv olunacaq.

Görürsünüz ki, ləğvetmə və birləşdirmə sayəsində yeni strukturlar yaranır. Biz demirik ki, o struktur pis işləyir deyə ləğv olunur, sadəcə, bu dövrün tələbidir ki, bunu başqa bir qurum əvəz etsin. Bir sıra sahədə islahata ehtiyac var və bu olacaq. Məsələn, bir nazirliyin yerli strukturu birləşib, o birininki yox. Axı bu cür ola bilməz. Hamısı eyni formada, eyni sistemlə olmalıdır. İdarəetmə bərabər sistemdə olmalıdır və islahatlar bu yöndə aparılacaq. Məsələn, bir nazirin iki müavini var, o birinin beş-altı müavini var. Bu da tənzimlənməlidir”, – deyə S.Novruzov bildirib.

S.Novruzov qarşıdakı növbəti prezident seçkiləri ilə bağlı sualı da cavablandırıb və bildirib ki, YAP öz namizədinə rəqib görmür: “Elə bir rəqib yoxdur, görmürük. Bizim partiyamızın sədri cənab Prezidentin apardığı siyasət, gördüyü işlər reytinqini ildən-ilə artırır. Cənab Prezident seçki ərəfəsində verdiyi sözdən dəfələrlə artıq işlər görür, xalq da bunu qiymətləndirir. Artıq Azərbaycan miqyasında yox, dünya miqyasında sorğu keçirsək, görərik ki, bizim sədrimizin-cənab Prezidentin alternativi yoxdur. Bu həqiqətdir. Cənab Prezident İlham Əliyev həm xalqın maraqlarının dəstəklənməsi, həm sabitliyin qorunması, iqtisadiyyatın inkişafı, quruculuq işləri – hansı ki, bunun sayəsində ölkədə artıq rayon-şəhər fərqi aradan qalxıb – və s. bu kimi işləri çox uğurla və sürətlə həyata keçirib. İslahatlar dayanmadan davam edir, məmurların daim xalqın qulluğunda olmasına nəzarət edir. Hər bir rayona səfər edir, insanlarla daim ünsiyyətdədir. Bu səbəbdən biz namizədimizə heç bir rəqib görmürük”.