Yanlış insana aşiq olduğunuzu göstərən işarələr

Yanlış insana aşiq olduğunuzu göstərən işarələr

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Sevgi və münasibətlər son dərəcə mürəkkəbdir. Xüsusən də yanlış insana aşiq olduğunuz zaman qəribə hissləri yaşayırsınız.
Əvvəlcə hər şey gözəl görünsə də, həyatınızdakı insanın sizin üçün yanlış insan olduğunu anladığınız zaman bunu qəbul etmək çətin ola bilər.
Bu zaman özünüzlə münaqişələriniz başlayır. Məntiqinizlə duyğularınız arasında ilişib qalırsınız. Yanlış insana aşiq olmaq sizi emosional olaraq qıra və sevgiyə inamınızı itirə bilər.
Bakupost.az yanlış insana aşiq olduğunuzu göstərən işarələri təqdim edir.
Dəyərsizlik
Doğru münasibətlərdə özünüzü çox dəyərli hiss edirsiniz. Belə olduqda partnyorunuz sizi əl üstündə tutar. Münasibətdə olduğunuz insanın sizə hörmət etmədiyi, hislərinizə dəyər vermədiyini hiss etsəz, demək ki, doğru insanla birlikdə deyilsiniz.
Xəyal qırıqlığı
Birlikdə olduğunuz şəxs sizi daim xəyal qırıqlığına uğradırsa, verdiyi sözləri tutmursa, bu yanlış insana aşiq olduğunuzun göstəricisidir. Gözlədiyiniz dəstək və sevgini ala bilmirsinizsə, demək ki, sağlam münasibətə sahib deyilsiniz.
Uyğunsuzluq
Xoşbəxt və sağlam münasibət üçün iki şəxs arasında uyğunluq və tarazlıq mütləq olmalıdır. Ortaq nöqtələrin olması əsas şərtlərdəndir. Əgər uyğunsuzluq varsa, hər zaman mübahisələr yaşanırsa, bu doğru insanla birlikdə olmadığınızı göstərir. Dəyərləriniz, hədəfləriniz və yaşam tərzinizdə böyük fərqlər varsa, xoşbəxt münasibət qurmaqda çətinlik çəkə bilərsiniz.
Hislər
Ən önəmli ipuclarından biri şübhələrdir. Əgər münasibətinizin doğru olmadığından əminsinizsə, bu hissə güvənmək önəmlidir. Özünüzü daim şübhə içində və pis hiss edirsinizsə, bu duyğuları göz ardı etməməlisiniz.