Yanında siqaret çəkərkən öskürən reklam lövhəsi -MARAQLI…

Yanında siqaret çəkərkən öskürən reklam lövhəsi -MARAQLI…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Siqaretin insan sağlamlığına ziyanından danışmağa artıq ehtiyac yoxdur. Bununla bağlı əsrlər boyu təbliğat aparılır, amma insanlar hələ də bu zəhərli tüstünü ciyərlərinə çəkməkdədirlər.

Moderator.az xəbər verir ki, İsveçdə siqaretin zərərli olmasını təbliğ edən maraqlı reklam videoroliklər hazırlanıb. Belə ki, videoda danışan adamın yanında siqaret çəkən biri keçərkən o, öskürməyə başlayır.

Bu videoroliklər İsveçin ən çox siqaret çəkilən şəhərlərində yerləşdirilib. Bununla sübut etməyə çalışıblar ki, siqaret çəkən insan nə qədər ətrafına diqqətsiz olur. Hətta bununla digərlərini də zəhərləyir. Videonu “facebook”da 376 min insan izləyib.

P.S. Görəsən bu cür reklam lövhələrini Bakıda yerləşdirsələr necə olar. Bu gün biz daha çox siqaret çəkənlərə görə zəhərlənməli oluruq.