Yanıb kül olan “Ağ Çiçəyim” mağazaları yanğın təhlükəziliyinə əməl etmir – CƏRİMƏbackend

Yanıb kül olan “Ağ Çiçəyim” mağazaları yanğın təhlükəziliyinə əməl etmir – CƏRİMƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

May ayının 16-da böyük mağazası yanaraq kül olan “Ağ Çiçəyim” gül mağazasında aparılan yoxlama zamanı məlum olub ki, mağaza digər filiallarında da yanğın təhlükəsizliyinə riayət etmir.

Tribunainfo.az xəbər verir ki, aparılan yoxlama zamanı məlum olub ki, “Ağ Çiçəyim” gül mağazası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

“Ağ Çiçəyim”lə bağlı işə Nəsimi Rayon Məhkəməsində hakim Elməddin Hüseynovun sədrliyi ilə baxılacaq. İclas 28 avqust tarixinə təyin edilib.

Roman