Yanğınlar bina evlərinin qiymətinə necə təsir edəcək?

Yanğınlar bina evlərinin qiymətinə necə təsir edəcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda ard-arda çoxmərtəbəli yaşayış binalarında qeydə alınan yanğınlar yenidən hündürmərtəbəli binaların təhlükəsizliyi məsələsini gündəmə gətirib. Xüsusilə çoxmərtəbəli yaşayış komplekslərində yanğınsöndürmə avadanlıqlarının işləməməsi, evakuasiya yollarının bağlı olması, liftlərin təhlükə zamanı dayanması kimi problemlər alıcıların narahatlığını artırıb. Bu vəziyyət hündürmərtəbəli mənzillərə olan marağın azalması ehtimalını gücləndirir.

Tribuna xəbər verir ki, ekspertlərin fikrincə, yanğın xəbərlərinin intensivləşməsi alıcılarda “təhlükəsizlik riski” alqısını artırır.

Məhz buna görə də mənzil almaq istəyən bir çox vətəndaş daha azmərtəbəli, idarəetməsi güclü olan binalara üstünlük verməyə başlayır. Ailəli və uşaqlı alıcılar üçün hündürmərtəbələr riskli hesab olunur və bu da seçim meyarlarını dəyişdirir.

Son hadisələr fonunda alıcılar təkcə binanın qiymətinə deyil, tikinti şirkətinin reputasiyasına, təhlükəsizlik sertifikatlarına, FHN-in verdiyi rəyə, yanğın avadanlıqlarının real işlək vəziyyətinə daha ciddi diqqət yetirirlər. Beləliklə, keyfiyyəti və standartlara əməl etməsi şübhə doğuran layihələrə maraq bir qədər zəifləyə bilər.

 

Ekspeerlərin fikrincə, mənzil bazarında qiymətlərin formalaşmasına yalnız tələb-etibar mexanizmi təsir göstərmir. Buna baxmayaraq, yanğın hadisələrinin artması müəyyən seqmentlərdə qiymət dəyişikliklərini qaçılmaz edə bilər.

Qısa müddətdə:

Ümumi bazarda ciddi qiymət enməsi gözlənilmir.

Amma yanğın təhlükəsi ilə gündəmə gələn konkret binalarda və ya reputasiyası zədələnmiş komplekslərdə qiymət zəifləməsi baş verə bilər.

Satış tempi aşağı düşə bilər, alıcının qərarvermə müddəti uzanır.

Tələbin zəifləməsi bir çox layihələrdə qiymət artım tempini azalda bilər.

İnşaat şirkətləri endirim kampaniyaları və ya faizsiz kredit şərtləri ilə satışları stimullaşdırmağa çalışa bilər.

Son yanğın hadisələri hündürmərtəbəli binalara olan marağa təsir edə bilər və bu təsir artıq alıcı davranışlarında hiss olunmağa başlayıb.

Gülşən Rəsul