Yerli və xarici mətbuatda iki türk əsgərinin diri-diri yandırılmasına aid xəbərlər yayılıb.
Yerli və xarici mətbuatda iki türk əsgərinin diri-diri yandırılmasına aid xəbərlər yayılıb.
TİA.AZ məlumat verir ki, xəbərdə əsgərlər Suriyanın Əl-Bab şəhəri uğrunda gedən döyüşlərdə İŞİD terrorçuları tərəfindən əsir götürülüb və yandırılaraq edam edilib.
Əsgərlərin dəhşətli edam kadrları terrorçulara yaxın olan xəbər agentliyi tərəfindən sosial şəbəkələrdə yayımlanıb.
Daha sonra sosial şəbəkələrdə əsgərlərdən birinin fotoları yayılıb. Fotolarda Fethi Şahin adlı əsgərin “Facebook” səhifəsində İŞİD-ə dəstək tipli paylaşımları əks olunub. İnternet istifadəçiləri əsgərlərin edamını İŞİD-in öz oyunu olduğunu yazıblar.