backend

Yanacaq, su və çörək bahalaşacaqmı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tarif Şurası noyabrın 28-də verdliyi məlum qərardan sonra sosial şəbəkələrdə davam edən müzakirələrdə əsas səsləndirilən fikirlərdən biri benzinin qiymətinin qalxması ilə bağlıdır.  Tarif Şurası noyabrın 28-də verdliyi məlum qərardan sonra sosial şəbəkələrdə davam edən müzakirələrdə əsas səsləndirilən fikirlərdən biri benzinin qiymətinin qalxması ilə bağlıdır. 

Benzinin və digər yanacaq məhsullarının bahalaşması gözlənilirmi? 
İqtisadçı ekspert Rəşad Həsənov Bizimyol.info-ya açıqlamasında bildirdi ki, Dövlət Neft şirkəti nefti həm istehsal, həm də emal edir: “Bu prosesdə şirkət gəlir əldə edərək neftdən istehsal olunan benzinə dəyər formalaşdırır. Tutaq ki, benzinin bir litri Dövlət Neft Şirkəti üçün 35 qəpiyə başa gəldi. Ancaq qiymətin formalaşmasında təsir edən digər faktorlar şübhəsiz ki, vergi yəni büdcə yüküdür. 2017-ci ilin büdcə layihəsinin təhlilində belə bir simptomları görmək olmur. Ancaq eyni zamanda hazırki vəziyyəti nəzərə alaraq əvvəlcədən uzunmüddətli dövr üçün proqnozlaşdırma da aparmaq çox çətindir”.
R.Həsənov bu baxımdan düşünür ki, faktiki olaraq maya dəyəri, iqtisadi faktorlar baxımından yanacağın qiymətinin artırılması üçün heç bir əsas yoxdur: “Çünki hazırda neftin qiyməti azalıb. Təbii ki, bu da özümüzdə istehsal olunan məhsuldur. Ancaq eyni zamanda beynəlxalq praktika da onu göstərir ki, bir çox hallarda Azərbaycan kimi resurs ölkələri gəlirlərin müəyyən bir qismini kompensasiya etmək üçün yerli satışı, yəni daxili qiymətləri artırmaq yolu ilə müəyyən çıxış yolları axtarır. Ola bilsin ki, məhz bu səbəbdən sonrakı dövrlərdə benzinin, dizelin və digər yanacaq məhsullarının qiymətində bahalaşma baş versin. Yüz faizlik bir proqnozlaşdırma aparmaq çox çətindir”.
“Tarif Şurasının qaz və elektrik enerjisinin bahalanması barədə qərarının psixoloji, iqtisadi nəticələri olacaq”.
Son qiymət artımını şərh edən iqtisadçı Qubad İbadoğlu belə deyib. İqtisadçı bildirib ki, qərarın iqtisadi nəticələri uzunmüddətli və davamlı olacaq. “Maya dəyərində elektrik, qaz istehlakı xərcləri olan bütün məhsul və xidmətlərdə bahalaşma müşahidə olunacaq. Daha çox təsirə məruz qalan çörəkbişirmə sənayesi, elektrik enerjisi və qazla işləyən nəqliyyat vasitələri olacaq”.O, hesab edir ki, ölkədə qiymətlərin artımının yeni dalğası başlayacaq. «Çox güman ki, tezliklə su, benzin və digər qiymətləri tənzimlənən yanacaq məhsullarının bahalaşmasına dair növbəti qərarlar veriləcək», – deyə Q.İbadoğlu qeyd edib.