COP29-un baş danışıqçısı Yalçın Rəfiyev COP29 Prezidentinin COP30-un keçiriləcəyi ölkənin seçilməsi üzrə səlahiyyətli nümayəndəsi təyin olunub.
Tribunainfo.az-ın məlumatına görə, bu barədə qərar COP29-un ilk günündə açıqlanıb.
COP29-un Prezidenti Muxtar Babayev ev sahibi ölkə kimi Braziliyanın namizədliyinin irəli sürüldüyünü elan edib.
Daha sonra məsələ səsə qoyularaq qəbul edilib.