Yakutiyada kənd sakini beş qonşusunu qətlə yetirib və intihar edib

Yakutiyada kənd sakini beş qonşusunu qətlə yetirib və intihar edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yakutiyanın Xanqalask rayonunun Bulqunyaxtax kəndinin sakini beş nəfər qonşusunu qətlə yetirərək intihar edib.

Yerli mətbuatın məlumatına görə, Novikov familiyalı şəxs kəndə bir neçə il əvvəl köçüb. Kənd sakinləri ilə qaynayıb-qarışmayan yeni sakin aqressiv xasiyyəti ilə də seçilməyib. O, mayın 24-də səhər tüfənglə qonşularının evinə soxularaq dörd ahılı və bir uşağı qətlə yetirib və sonradan özü də intihar edib. Hadisənin səbəbi məlum deyil.

Hazırda hadisə yerində istintaq aparılır.