Rusiyanın məşhur aparıcısı Leonid Yakuboviç özünün əfsanəvi bığlarını 10 milyon rubl (155 min manat) müqabilində qırxmaqdan imtina edib.
Bu barədə “Mash” “Telegram” kanalı xəbər verib.
Qeyd edilib ki, təklif noyabrın ortalarında keçirilən Yeni il korporativi çərçivəsində baş verib. Ona kamera qarşısında bığlarını qırxmaq təklifi edilib. Bu təklif yeni il performansının bir hissəsi kimi nəzərdə tutulub. Ancaq Yakuboviç, hətta bu məbləğ müqabilində əfsanəvi bığlarından imtina etməyib.
Yeri gəlmişkən qeyd edək ki, “Pole Çudes”in ulduzu bayram tədbirlərinə 2.75 milyon rubl (45 min manat) müqabilində aparıcılıq edir. Bu qiymətə dördsaatlıq çıxış, improvizasiya və tədbirə qatılma daxildir. Əlavə ödəniş müqabilində isə müddət uzadıla bilər.
Əgər səyahət tələb olunursa, biznes sinifdə uçuş, hava limanında VIP xidmətlər, minimum “Mercedes S-Class”, “Audi A8”, “BMW 7 Series” avtomobili, beşulduzlu hoteldə qalmaq və qrim otağında pendir, ət məhsulları və viski ilə təminat şərtləri də tələblər arasındadır.