Amerikanın məşhur internet şirkəti olan “Yahoo”nun “Verizon”a satış prosesi bitdikdən sonra adı dəyişdiriləcək.
Amerikanın məşhur internet şirkəti olan “Yahoo”nun “Verizon”a satış prosesi bitdikdən sonra adı dəyişdiriləcək.
TİA.AZ xəbər verir ki, bu satışdan sonra “Yahoo”nu bir sıra yüksək vəzifəli işçilər, o cümlədən icraçı direktor Marius Mayer də tərk edəcək. “Yahoo”nun adı isə bundan sonra “Altaba” olacaq. “Altaba”ya yeni rəhbər Erik Brandt təyin ediləcək.
Amerika mətbuatı “Altaba” adının alternativ və “Alibaba” (“Alibaba” şirkəti “Yahoo”nun səhmlərinin bir hissəsinin sahibidir – red.) sözlərindən formalaşdığını bildirib.
Qeyd edək ki, “Verizon” dünyanın ən böyük telekommunikasiya şirkətlərindən biri sayılır. O, “Yahoo”nu almaq üçün 4,8 milyard dollar ödəyib. “Yahoo”nun digər səhmdarları “Alibaba Qrup” və “Yahoo Japan”dır.