Yağş Şimali Qafqazı viran qoyur: 6 ölü, minlərlə ev… – Video

Yağş Şimali Qafqazı viran qoyur: 6 ölü, minlərlə ev… – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Güclü daşqınlar Rusiyanın Kuban vilayətində ciddi fəsadlara səbəb olub.

Axar.az xəbər verir ki, yağış və daşqınlar səbəbindən ən azı 6 nəfər ölüb, xəsarət alan 13 nəfər xəstəxanaya yerləşdirilib. Ümumilikdə xəstəxanalara 50 şəxs müraciət edib.

Suyun səviyyəsi bəzi yerlərdə 2 metrə qədər qalxır. 460-dan çox insan evini tərk etmək məcburiyyətində qalıb.

Ən ciddi fəsadlar Tuapsinsk və Apşeronsk rayonlarındadır. Bu ərazilərdə fövqəladə vəziyyət elan edilib.

Qeyd edək ki, 25 oktyabrdan yağan yağışlar Soçi də daxil olmaqla, Şimali Qafqazın bəzi rayonlarında böyük fəsadlar törədib.