Yağış yağacaq, şimal-şərq küləyi əsəcək – Faktiki hava

Yağış yağacaq, şimal-şərq küləyi əsəcək – Faktiki hava

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Noyabrın 1-i gündüz saatlarında gözlənilən hava şəraiti açıqlandı.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən TİA.AZ-a verilən məlumata görə Bakıda və Abşeron yarımadasında noyabrın 01-i gündüz saatlarında hava şəraitinin buludlu olacağı, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu 18-20 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında isə noyabrın 01-i gündüz saatlarında arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu 15-20, dağlarda 5-10 dərəcə isti təşkil edəcək.