Mingəçevirdə yağan yağışlar şəhərdəki bir sıra hündürmərtəbəli binanın sakinlərinin problemlərini bir daha qabartdı. “Yeniavaz.com”a müraciət edən N. Rəfibəyli 13/1 on iki mərtəbəli binanın sakinləri bildirdilər ki, axşamdan yağan evlərə dolub. Sakinlərin sözlərinə görə, binanın lifti və elektirik xətləri də tamamilə suyun içindədir. Təhlükəli vəziyyətlə bağlı Fövqəladə Hallar Nazirliyinə də müraciət olunub. Sakinlər bu problemlə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət olunduğunu da bildirdilər: “42 ildir bina təhvil verilib və elə o gündən problemləri bitib tükənmir”.
Mənzil 26-nın sakini dedi ki, elektirik sayğacları onların mərtəbəsində yerləşdirilib: “Hazırda sayğacların içərisi su ilə doludur. Artıq qısaqapanma baş verir. Qorxumuzdan liftə girə bilmirik. Məcburuq 12-ci mərtəbəyə liftsiz qalxaq. Bu birinci dəfə deyil. Hər dəfə yağış yağan kimi evlərimiz suyun içində olur”.
Məsələ ilə bağlı Mənzil Təsərrüfatı Abadlaşdırma İdarəsinin müdiri Qürbət Məmmədova müraciət etdik. Hadisə yerinə gələn Qürbət Məmmədov bildirdi ki, Mingəçevirdə iki 12 mərtəbəli bina var, onların layihəsi yoxdur: “22 hündürmərtəbəli (9 mərtəbəli) bina var. Bu binaların layihəsində dam örtüyü nəzrdə tutulmayıb. Amma bu məsələ ilə bu gün yaxından tanış olduq.Havalar açılan kimi binanın üstündə iş aparılacaq”.
Qürbət Məmmədov bəzən belə hadisələrin günhakarı sakinlərin özləri olduqlarını dedi: “Yuxarı mərtəbədə yaşayan sakinlər binanın damının üstündə yun yuyurlar. Dəfələrlə belə hadisələrin şahidi olmuşuq”.
TİA.AZ