“Yaxın günlərdə dağlıq rayonlarına qar yağacaq”.
Bunu açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
Direktor bu gün Bakıda və Abşeron yarmadasında, eləcə də bölgələrdə yağıntılı hava şəraitinin davam edəcəyini vurğulayıb:
“Arabir Şimal-Qərb küləyi əsəcək. Müşahidə edilən hava axşam saatlarında tədricən zəifləyəcək. Mayın 8-də günün birinci yarısında yenidən yağışlı hava şəraiti gözlənilir. Müşahidə olunan külək axşama doğru tədricən zəifləyəcək. Bölgələrdə isə yağıntılı hava şəraiti intensiv olacağı, şimşək çaxacaq, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə qar yağacağı ehtimal olunur”.
Gülşad Məmmədova mayın 9-da gündüz saatlarından etibarən bölgələrdə də yağıntıların tədricən kəsiləcəyini deyib:
“Mayın 8-də gündüz saatlarında Bakıda və Abşeron yarmadasında yağıntılar kəsiləcək”.