backend

Yadplanetlilər hazırda təkamül keçirir – Şok

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Edinburq Universitetinin mütəxəssisləri yeni bir iddia irəli sürüb. 

Edinburq Universitetinin mütəxəssisləri yeni bir iddia irəli sürüb.

TİA.AZ xəbər verir ki, universitetdə çalışan elm adamları başqa planetlərdə həyat axtaran zaman sönmüş, qəhvəyi ulduzlarda da əlverişli yaşamın ola biləcəyi qənaətinə gəlib.

Sözügedən sönmüş ulduzlar aktiv ulduzlarla eyni xüsusiyyətlərə malikdir, sadəcə, onların kütləsi azdır. Lakin ehtimallara görə, bu kiçik ulduzlarda dünyada olduğu kimi normal atmosferin, istiliyin və cəzbetmənin olması mümkündür.

Elm adamları bu ehtimala əsaslanaraq, yadplanetlilərin məhz sönmüş, qəhvəyi ulduzlarda yaşadığını, hətta təkamül prosesi keçirdiklərini iddia edir.

Qeyd edək ki, bu qəhvəyi, sönmüş ulduzlar aktiv ulduzlara nisbətən dünyaya daha yaxındır və onların sayı 10-ə qədərdir.