Yaxın gələcəkdə Yerə yadplanetlilər gələcək.
Yaxın gələcəkdə Yerə yadplanetlilər gələcək.
TİA.AZ “Planet Tudey”ə istiandən xəbər verir ki, bu açıqlama ilə Amerika Kosmik Agentliyinin rəhbəri Çarlz Bolden aprelin 25-də keçirilən NASA konfransı zamanı çıxış edib.
Onun sözlərinə görə, sözügedən “qonaqlar” 2025-ci ilə qədər planetimizə səfər edəcək. Onların Yerə gəlmək istəyinin əsas səbəbi isə son dövrlərdə insanların kosmosda olan fəallığıdır.
Qeyd edək ki, Çarlz Bolden “Kolumbiya”, “Diskoveri” və “Atlantis” kimi məşhur missiyaların iştirakçısı olub. O, açıq kosmosda 600 saatdan çox vaxt keçirib.
O, əmindir ki, gəlmələr sülhsevər varlıqlar deyil. Onlar planetimizdəki canlı həyat üçün çox təhlükəlidir.
Belə bəyanatlardan sonra alim xəstəxanaya yerləşdirilib. Hazırda vəziyyəti dəqiqləşdirilir.