backend

Yadplanetlilər ABŞ-ın atom gəmisini qaçırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1968-ci ildə Amerikanın “Əqrəb” atom sualtı gəmisi tam məxfi missiya ilə SSRİ-yə doğru yola düşür. Məqsəd SSRİ dəniz donanmasını izləmək və kəşfiyyat məlumatlarını göndərmək idi. 

1968-ci ildə Amerikanın “Əqrəb” atom sualtı gəmisi tam məxfi missiya ilə SSRİ-yə doğru yola düşür. Məqsəd SSRİ dəniz donanmasını izləmək və kəşfiyyat məlumatlarını göndərmək idi.

TİA.AZ  pblika.az-a istinadən xəbər verir ki, planlaşdırmaya görə, gəmi hərəkətə keçəndən 7 gün sonra geri qayıtmalı idi. Lakin aylar keçsə də, heç bir xəbər yox idi və Amerika Hərbi Dəniz Qüvvələri anladı ki, sualtı gəmi itib.

“Əqrəb”dən bu günə qədər xəbər yoxdur.

Ehtimallardan biri sualtı gəminin zədələnərək batması idi. Halbuki, o, həmin dövr üçün müasir tipli gəmilərdən hesab olunurdu və hesablamalara görə, batması ehtimalı zəif idi.

1998-ci ildə Amerika mediasında məlumat yayıldı ki, “Əqrəb”in yox olmasında sirli qüvvələr rol oynayıb. Lakin bu, hərbi-elmi dairələrdə inandırıcı görünmürdü.

Məlumatlar var ki, “Əqrəb”in komandiri Frensis Etvud Sletter itməmişdən iki ay əvvəl gəminin təcili təmir olunması haqda müraciət edib. Lakin onun sözünə qulaq asmayıblar.

Və “Əqrəb” 1968-ci ilin 20 may tarixində yola düşdü. Bir gün sonra gəmi yeri haqda məlumat verdi. Mayın 27-də də hər şey qaydasında idi. Lakin 28 may tarixində Hərbi-Dəniz Qüvvələri anladı ki, sualtı gəmi batıb, 99 ekipaj üzvü həlak olub. İlkin ehtimal gəmin Sovet donanması tərəfindən məhv edilməsi idi.

Bütün araşdırmalar, nəzəriyyələr, texniki tədqiqatlar “Əqrəb”in nasazlığa görə batdığı fikrini irəli sürürdü. Lakin yenə də bütün fikirlərin tam təsdiqi üçün möhkəm sübutlar yox idi. SSRİ-nin varisi olan Rusiya da indiyə qədər bu hadisə ilə bağlı heç bir məlumat verməyib. Və məhz buna görə Amerikada “Əqrəb”in sirli yoxa çıxmasında yadplanetlilərin rolunun olduğuna dair fikirlər irəli sürülür.