Xankəndidə yaşayan ermənilər ya qazsız və elektriki fasilələrlə verilən ağır qış aylarına hazırlaşmaladırırlar, ya da Qarabağı tərk etməlidirlər.
Tribunainfo.az yazır ki, bu fikirlərlə politoloq Elxan Şahinoğlu çıxış edib. O bildirib ki, Qarabğda qalan ermənilərin başqa yolu yoxdur:
“Separatçıların təlimatıyla Əsgəran-Ağdam yolunu qapadan gənc ermənilər yalnız Ermənistandan məhsul gətirmək istəyirlər. Ancaq bu mümkün deyil, çünki qonşu ölkədən mal gətirib və aparmaq üçün Azərbaycanın sərhəd və gömrük qaydalarına riayət edilməlidir. Bunun üçün isə Ermənistan Azərbaycanla sülh sazişi və ikitərəfli müqavilələr imzalamalıdır.
Bu olmadıqca Qarabağ erməniləri üçün yeganə alternativ yenə Ağdamdır. Bunu da istəmirlərsə, ya qazsız və elektriki fasilələrlə verilən ağır qış aylarına hazırlaşmaladırılar, ya da Qarabağı tərk etməlidirlər”.