Aprelin 27-də Beynəlxalq Mətbuat Mərkəzində “Xüsusi təyinatlı İbad 2 ” bədii filminin çəkilişlərinə start verilməsi ilə bağlı brifinq keçirilib.
Aprelin 27-də Beynəlxalq Mətbuat Mərkəzində “Xüsusi təyinatlı İbad 2 ” bədii filminin çəkilişlərinə start verilməsi ilə bağlı brifinq keçirilib.
Brifinqdə filmin rejissor Natiq Novruzov bildirib ki, bu filmi çəkməkdə məqsədləri insanlarda vətənpərvərlik hisslərini oyatmaqdır:
“Biz “Xüsusi təyinatlı İbad-1” filmi ilə buna nail olduq. Biz İbad Hüseynovun keçdiyi şərəfli döyüş yolunun 3 faizini çəkirik. Bu gün İbad Hüseynov həyatdadır. Onun özünün və döyüş yoldaşlarının danışdıqları faktlar əsasında filmi çəkirik ”. “Birinci film çəkiləndən sonra gördük ki, tamaşaçılar bəyəndi. İkinci filmi çəkməyi qərara aldıq. Yeni filmimizdə ermənilərin ikinci Xocalı soyqırımı törətmək niyyətindən bəhs olunur. İbad Hüseynovun iştirakı ilə Kişniş dağı, Polo təpəsi deyilən yerdə döyüşlər olub, ermənilərin artilleriyası məhv edilib. Bununla da onların bütün pis niyyətləri özlərinə qalıb” – deyə o bildirib. İbad Hüseynov Qarabağ müharibəsi zamanı kəşfiyyat-diversiya dəstəsinin komandiri olub, “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.
Qeyd edək ki, “Xüsusi Təyinatlı İbad” filminin – filmin birinci hissəsi təqdimatı 2016-cı ildə baş tutub. Hazırda həmin filmin “Azernyumedia” tərəfindən beynəlxalq festivallara təqdim edilməsi ilə bağlı işlər aparılır.