Xüsusi nümayəndə: Tramp Ukraynadakı münaqişəni mümkün qədər tez bitirmək istəyir

Xüsusi nümayəndə: Tramp Ukraynadakı münaqişəni mümkün qədər tez bitirmək istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Ukraynadakı münaqişəni mümkün qədər tez bir zamanda bitirmək istəyir”.

Tribunainfo.az xəbər verir ki, bunu Tramp administrasiyasının Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq “Fox News”a müsahibəsində qeyd edib.
“O, bu məsələni mümkün qədər tez həll etmək istəyir. Düşünürəm ki, o, yaxın vaxtlarda bunu bacaracaq. Mən, həqiqətən, onun bu müharibənin həqiqətən bitdiyi bir mövqeyə çata biləcəyinə inanıram”, – deyə o qeyd edib.
Kelloq vurğulayıb ki, Ukraynadakı münaqişəyə son qoyulması ABŞ, Avropa və bütün dünyanın milli təhlükəsizliyi üçün vacibdir.