Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.

Tribunainfo.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.

Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2025-ci il 1 iyul saat 06:00-dək uzadılıb.

Bundan əvvəl bu müddət 2025-ci il 1 aprel saat 06:00-dək olan dövrü əhatə edirdi.