Xuan Quaido Venesuelada milli etiraz günü keçirməyə çağırıb

Xuan Quaido Venesuelada milli etiraz günü keçirməyə çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Venesuela müxalifətinin lideri, bu ölkənin Milli Assambleyasının sədri Xuan Quaido tərəfdarlarını bu gün milli etiraz günü keçirməyə çağırıb.

Bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir.

“Bu gün – martın 12-si saat 3-də bütün venesuelalıları özlərinə ən yaxın küçə və prospektlərə çıxmağa çağırıram. Hakimiyyət qəsbkarlığına son qoyulması küçələrdə təşkil edəcəyimiz kütləvi çıxışlardan asılıdır”, – müxalifət lideri “Twitter”də yazıb.

X.Quaidonun çağırışı Venesuelada elektrik enerjisi təchizatı sistemində davam edən problemlər və nəticədə ötən həftə ölkə ərazisinin 80%-nin işıqsız qalması fonunda səslənib.

Venesuela hökuməti bəyan edib ki, enerji böhranının səbəbi məsuliyyəti ABŞ-ın üzərinə yıxılan kiberhücum olub.