“XS lounge”dan şikayətlə bağlı tədbir görüldü

“XS lounge”dan şikayətlə bağlı tədbir görüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, paytaxtın Səbail rayonundakı “XS lounge” gecə əyləncə mərkəzindən yayılan səs-küy ətrafda yaşayan vətəndaşların narazılığına səbəb olub.

Tribunainfo.az -ın Qafqazinfo-ya istinadən məlumatına görə, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin baş inspektoru, polis leytenantı Elbrus İbrahimov bildirib ki, məsələ ilə bağlı araşdırma aparılıb.

“Sakinlərin “XS lounge” gecə klubundakı səs-küylə bağlı müraciətinə polis tərəfindən baxılıb. Sakinlərin narahatlığını əks etdirən hallar polis əməkdaşları tərəfindən araşdırılıb və obyektin icarədarı barəsində qanunauyğun tədbirlər görülüb”, – DİN rəsmisi əlavə edib.