XRİSTİANLIĞI SEÇDİ, ƏRİ EVDƏN QOVDU-MÜSAHİBƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəbnəm Şükürova 1990-ci ilin iyun ayının 23-də doğulub. Orta təhsillidir. Hazırda işsizdir.  

Şəbnəm Şükürova 1990-ci ilin iyun ayının 23-də doğulub. Orta təhsillidir. Hazırda işsizdir.

İki uşaq anası olan bu xanımın ailə həyatı isə onun dini seçimi ilə bağlı olaraq bitib.İndi ətrafında hər kəs onun dini seçimdə günahlandırır. Amma o, deyir ki, AZərbaycan azad ölkədir və burda hər kəsin seçim haqqı azaddır. Elə kiçik söhbətimiz zamanı da müsahibimiz bu fikri dəfələrlə vurğulad

-Şəbnəm xanım, necə oldu ki, xristian oldunuz?

-Ölkəmizdə dini seçim azaddır, kim hansı dini istəsə onu da tərcih edə bilir. Mənim ailəm müsəlman inancına sahibdir. Ancaq mən xristianlığı din olaraq özümdə tapdım. Çünki xristianlıq mənə xoşbəxtlik, bir insan kimi azadlıq verə bilirdi. Bu seçim bir anda olmadı və mənim bir xeyli zamanımı aldı.Hər şeyi yaxşı düşünməliydim. Lakin kilsədə hər dəfə olduğum zaman, dualar etdiyim zaman özümdə böyük ruh yüksəlişi hiss edirdim. Bu məni xoşbəxt edirdi və Tanrının kəlamını oxuyub ona iman etdim.

– Ailəniz inancınızı dəyişdiyiniz bildiyi zaman sizə necə reaksiya verdilər?

-Ailəm çox pis qarşıladı, qəbul etmək istəmədilər. Çünki onlar dinlərini yaşayan inanclı müsəlmanlar idi. Hətta məni döydülər, kilsəyə getməyimə icazə vermədilər. Ən sonda məni iki uşağımla küçəyə atdılar. Ancaq bu çətinliklərə baxmayaraq, mən kilsəyə getdiyim zaman rahatlıq tapırdım..Əmin idim ki, doğru yoldayam və Tanrının seçdiklərindənəm.

-Bəs dost tanış, ətrafınızda olanlar necə?

Bilirsiniz, ölkəmizdə hər hansısa bir dini seçmək üçün heç bir qadağa yoxdur. Lakin ətrafın sənə qarşı olan münasibəti dözülməz olur. Onlar sənin doğru dini seçmədiyini, cəhənnəmə gedəcəyini və lənətləndiyini deyirlər. Hər an səninlə mübahisə edib, sənə doğru seçim etmədiyinə inandırmağa çalışırlar. Artıq bu hal dözülməzdir və indi də belə hallarla qarşılaşıram.

-Bu seçiminiz də həyat yoldaşınız sizə dəstək oldu?

-Xeyr! Tam əksi. Yoldaşımla münasibətim onsuzda çox pis idi. Bu hadisədən sonra daha da pisləşdi. Hətta mənə əl qaldırır, döyürdü. Mənim yoldaşımla münasibətimiz evləndiyimizdən bir neçə ay sonra pisləşdi. Qatı dindar olduğu üçün mənim islamın qaydalarını əməl etməmi istədi və etmədikdə kobud rəftar edirdi mənimlə. Artıq üç ildir iki övladım və mənə anam və xalam baxır. Yoldaşım isə inanc üzündən bizə yaxın gəlmirdi, çünki vəhabilərlə yolldaşlıq edir. Uşaqları da öz düşüncəiylə yetişdirmək istəyirdi. Yaxşı ki, ondan uzaqlaşmışam.

– Uşaqlarınızı öz inancınıza uyğun böyütmək istəyirsiniz?

-Mən onlar qarışa bilmərəm. Bəlkə gələcəkdə fikirləri dəyişə bilər.Ancaq çalışacam ki, Tanrının kəlamına (“İncil”i nəzərdə tutur) uyğun olaraq onları tərbiyyə edim. Çünki Tanrı bizə sevgini,sevməyi və digərlərinin inancı nə olursa olsun,hətta inancsızlara belə hörmət etməyi, onları sevməyi öyrədir.

TARYEL ABDULLAYEV