backend

Xoşqədəm hansı hüquqlarımızı əlimizdən alır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gün öncə mediada Xoşqədəm Hidayətqızının müəllifi olduğu “Səni axtarıram” proqramının kadrarxası çəkilişlərinin görüntüsü yayıldı. 

 Bir neçə gün öncə mediada Xoşqədəm Hidayətqızının müəllifi olduğu “Səni axtarıram” proqramının kadrarxası çəkilişlərinin görüntüsü yayıldı.


Həmin görüntülər proqramın ATV kanalında yayınlandığı dövrdə baş verənlərdir.

Məlum oldu ki, uzun illər “Səni axtarıram” verilişində canlandırılan səhnələrdə real faktlar deyil, quraşdırılmış süjetlərdən istifadə olunub. Belə ki, efirə çıxarılacaq qəhrəmanlar başqa formada təqdim olunur və tamaşaçı aldadılır. 

Görüntülərdən bəlli olur ki, efir zamanı yardım məqsədilə çəkiliş meydançasına dəvət edilmiş həkim qəhrəmanı xərəkdə gətirmək üçün ona iynə vurulmasını təklif edir.

Söhbətin hansı iynədən getdiyi isə müəmmalıdır. Bu isə həkimin hansı hallarda şəxsə tibbi müdaxiləyə ehtiyac duyması barədə suallar yaradır. Digər maraq doğuran məqam həkimin xəstəyə iynə vurmaq üçün verilişin aparıcısı X.Hidayətqızıdan icazə istəməsidir.

Aparıcı ilə birgə “iş birliyinə” gedən həkimin efirə çıxarılması hansı qaydalarla həyata keçirilir? Verilişdə yaşananlara görə həkim məsuliyyətə cəlb oluna bilərmi? Bu suallar hamını düşündürür. Daha bir müəmmalı məsələ isə bu həkimin harada işləməsi ilə bağlıdır. 

Həkimin “Medera Hospital”ında çalışması güman edilsə də, sözügedən tibb müəssisəsi onlarda belə bir həkimin çalışmadığını bildirib.  

Göründüyü kimi  bu məsələdə xalqı aldadanlar susmağa qərar veriblər. Hətta X.Hidayət qızı mətbuata açıqlamasında hansı görüntülərin sosial şəbəkədə yayılmasından xəbərsiz olduğunu da bildirir. Və bildirir ki, rəhbərlik nəyi məsləhət görübsə, onu efirə hazırlayıblar. Təsəvvür edin ki, adını bilmədiyimiz həmin iynə ahıl yaşlı bir insana vurulsaydı və birdən bu preparat əks təsir göstərsəydi nələr olar bilərdi?!  İstənilən halda insan taleləri ilə oynamağa çalışan və bununla da reytinq əldə etmək istəyən aparıcı məsuliyyət daşıyır.  

Bunu TİA.AZ-a hüquqşünas Mehman Muradlı bildirib:” Faktiki olaraq Xoşqədəm Hidayət qızının etdiyi əməl cinayət əməli hesab oluna bilər. Burada konkret olaraq insan alverindən söhbət gedir. Cinayət Məcəlləsinin 144.1-ci maddəsinin dispozisiyasına əsasənİnsan alveri, yəni zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla, şəxsin istismar edilməsi məqsədi iləcəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi göstərilib. Video görüntüdə isə açıq aşkar xərəkdə gətirilən şəxsdən alver məqsədi ilə, yəni gəlir əldə etmək məqsədi ilə bu əməl törədilibvə yaxud məcburi əməyə cəlb etmə də hesab etmək olar”.

Video görüntülərdə bəzən müsahiblərə aparıcının istiqamət verməsinin də şahidi olduq. İnsanlar gördüklərini olduğu kimi danışmaq istəsələr də, aparıcı kobud müdaxilə ilə onların azad fikir söyləmək hüquqlarını da əlindən alıb. Efirdən maarifləndirici veriliş aparan, insan hüquqlarından, azadlıqlarından danışan insanların hiss olunur ki, bu sahədən demək olar ki, zərrə qədər də anlayışları yoxdur.  Bütün bu yalanlara  baxmayaraq, ortaya çıxan bu görüntülər tamaşaçılar üçün yəqin ki,  bundan sonra düzgün seçim imkanı yaradacaq.

Nüşabə