Xorvatiya millisi DÇ-2018-ə vəsiqə qazanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbol üzrə DÇ-2018-in final mərhələsinə yüksələn komandalardan birinin də adı məlum olub.
 

Futbol üzrə DÇ-2018-in final mərhələsinə yüksələn komandalardan birinin də adı məlum olub.

TİA.AZ-ın xəbərinə görə, Xorvatiya yığması Pireydə DÇ-2018-in Avropa zonası üzrə pley-off mərhələsinin oyununda Yunanıstanla qolsuz heç-heçə edərək mundiala vəsiqəni təmin edib.

Xorvatiyada keçirilən ilk matçda meydan sahibləri rəqibi 4:1 hesabı ilə darmadağın etmişdi.

Xorvatiya yığması 4 dəfə futbol üzrə dünya çempionatında iştirak edib (1998, 2002, 2006 və 2014-cü illərdə). Komanda 1998-ci ildə mundialın üçüncü pilləsinə yüksəlib.