Bu gün AÇ-2024-ün seçmə mərhələsində 6-cı turun növbəti oyunları keçiriləcək.
Tribunainfo.az xəbər verir ki, ikinci oyun günündə daha 5 qarşılaşma baş tutacaq.
D qrupunda Xorvatiya yığması səfərdə Ermənistanla münasibətlərinə aydınlıq gətirəcək.
J qrupunda isə itkisiz irəliləyən Portuqaliya yığması Lüksemburqu sınağa çəkəcək.
AÇ-2024, seçmə mərhələ
6-cı tur
11 sentyabr
D qrupu
20:00. Ermənistan – Xorvatiya
22:45. Latviya – Uels
J qrupu
22:45. İslandiya – Bosniya və Herseqovina
22:45. Portuqaliya – Lüksemburq
22:45. Slovakiya – Lixtenşteyn