Xoruldamaq bu xəstəliyə səbəb olurbackend

Xoruldamaq bu xəstəliyə səbəb olur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Biz xorultunu çox ciddi qəbul etmirik. Lakin yeni araşdırmalar göstərib ki, xoruldama infarkta səbəb ola bilər və diabet, yüksək təzyiq, ürək tutması kimi xəstəliklərlə əlaqələndirilə bilər.

Tribunainfo.az Milliyet-ə istinadən xəbər verir ki,Avstraliyada yuxu mütəxəssisi kimi çalışan Dr. Kolin Sallivan deyib: “Xorlama bir çox insanlarda belə xəstəliklərin əlamətidir. Siz yatarkən tənəffüs yollarınızı bağladığı üçün daimi sağlamlıq problemlərinə də səbəb ola bilər . Gecə boyu dəfələrlə nəfəsin dayanmasına səbəb olan yuxu apnesi şiddətli xoruldamada da təsirlidir. Bu da sinüzitin bir göstəricisidir. Həmçinin məlum olub ki, xoruldamaq beyin sağlamlığını pisləşdirir və Alzheimer riskini artırır”.

Azaltmaq üçün beş məsləhət

Mütəxəssis Conatan Hobson həkimə müraciət etməklə yanaşı, xoruldamanı azaltmaq üçün aşağıdakıları tövsiyə edir:

1-Spirtli içki qəbul etməyin.

2-Böyrünüzə uzanaraq yatın.

3-Sağlam çəkini qoruyun.

4-Yatmazdan əvvəl isti su ilə vanna qəbul edin.

5-Yastığınızı qaldırın.