Xocavəndin Edilli kəndində daha bir kütləvi məzarlıq aşkarlandı – FOTObackend

Xocavəndin Edilli kəndində daha bir kütləvi məzarlıq aşkarlandı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xocavəndin Edilli kəndində daha bir kütləvi məzarlıq aşkarlanıb.
APA-nın  xəbərinə görə, məzarlıqda 12 nəfərin qalıqları üzə çıxıb.
Əşyalarla birlikdə aşkarlanan skeletlərin geyimlərindən hərbçi olduqları bilinir. Bundan başqa, skeletlərin əlləri və ayaqlarının məftil və kəndirlə bağlandığı məlum olub.
Hazırda müvafiq qurumların nümayəndələri və KİV təmsilçiləri kütləvi məzarlığa baxış keçirir.
Qeyd edək ki, bu ilin fevral ayında da Xocavəndin Edilli kəndində kütləvi məzarlıq aşkarlanmışdı.