Xocavənd istiqamətində düşmənin yüksək vəzifəli şəxsləri məhv edildi-VİDEO

Xocavənd istiqamətində düşmənin yüksək vəzifəli şəxsləri məhv edildi-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Noyabrın 8-i saat 14:00 radələrində cəbhənin Xocavənd istiqamətində Ermənistan silahlı qüvvələrinin ön idarəetmə məntəqəsinə hava zərbələri endirilib.

Bu barədə TİA.AZ-a Azərbaycanın Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Azərbaycan Hərbi Hava Qüvvələrinin Su-25 həmlə təyyarəsi və PUA-nın tətbiqi ilə endirilən aviasiya zərbələri nəticəsində düşmənin səngər və sığınacaqları dağıdılıb, yüksək vəzifəli şəxsləri məhv edilib.