“Xocalıya köçənlərə 1 metr torpaq da icarəyə verilmirbackend

“Xocalıya köçənlərə 1 metr torpaq da icarəyə verilmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Xocalıya köçən ailələrə 1 metr torpaq da icarəyə verilmir”.

Bunu deputat Aqil Abbas Milli Məclisin bu gün keçirilən iclasında “Torpaq icarəsi haqqında” qanuna dəyişiklik olunması ilə bağlı danışarkən deyib.

“Qarabağda icarəyə verilən torpaqlarda 1 dənə də qarabağlı iştirak etmir. Qarabağa köçənlərə heyvan saxlamağa 1 metr də torpaq verilmir. Torpaqlar kiminsə monopoliyası üçün işğaldan azad edilməyib.

İlham Əliyev Həzrəti Əlinin qılıncı ilə torpaqları işğaldan azad etdi. Köçənlərə bu torpağı verin də. Camaat deyir ki, Füzulinin icra başçısı torpaqları satır, halbuki icra başçısını o torpağa buraxmırlar. Böyük tikinti-quruculuq işləri gedir, adamın ürəyi açılır. Amma torpaqlar yerli camaata icarəyə verilmir. Təəssüf edirəm”.