İslahatlı Gənclər İctimai Birliyi artıq 5-ci ildir ki, fevralın 20-26-na kimi Türkiyənin İstanbul şəhərində “Xocalıya ədalət” həftəsi keçirir.
İslahatlı Gənclər İctimai Birliyi artıq 5-ci ildir ki, fevralın 20-26-na kimi Türkiyənin İstanbul şəhərində “Xocalıya ədalət” həftəsi keçirir.
İB sədri Fərid Şahbazlının TİA.AZ-a verdiyi məlumata görə, həftənin keçirilməsində məqsəd Dağlıq Qarabağla, Xocalı soyqırımı ilə bağlı həqiqətləri Türkiyə ictimaiyyətənin diqqət mərkəzinə gətirməkdi:
“ Bu hadisələrə hüquqi və siyasi qiymət vermək üçün öz töhfələrimizi verəcəyik. Həftəlikdə Türkiyə və Azərbaycan təmsil edən millət vəkilləri, dövlət qurumlarının rəsmiləri, QHT-ı və media qurumlarının rəhbərləri iştirak edir. Toplantılarda Xocalıyla bağlı qısametrajlı film nümayiş etdirilir. Eyni zamanda Türkiyə və Azərbaycanı təmsil edən ictimai-siyasi xadimlər, elm adamları , rektorlar çıxış edərək, faciənin ağır fəsadlarından danışırlar və dünyanın Xocalı faciəsinə olan laqeyd münasibətinə qiymət verəcəklər. Türkiyənin Marmara Universitetində , Yeni Yüz Yıl və İstanbul Mədəniyyət Universitetində tədbirlər keçiriləcək, sərgilər nümayiş olunacaq”.
Nilufər