32 il ərzində bir dəfə də olsun, Azərbaycan mediası Xocalı faciəsi baş verən ərazidən kadrlar verə bilməyib. Xocalıda baş vermiş dəhşətli cinayəti nəinki ermənilər, bütün dünya pərdələməyə çalışıb, amma torpağın səsini kəsmək insanın səsini kəsmək qədər mümkün olmadı.
Tribunainfo.az xəbər verir ki, bu barədə danışan siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, illər keçdikcə məlum olur ki, həmin gecə Xocalıda bir yox, bir neçə faciə baş verib:
“Ötən gün inşaatçılarımız o bölgədə əli-qolu bağlanaraq öldürlən adamların sümüklərini aşkar ediblər. Nəyi unudacağıq, niyə unudacağıq, çalınan həyatlarımı, 30 il oğurlanan ömürlərimi…
Bu adamların göz yaşlarının bir bədəli olmayacaqdımı?
İndi növbədə həmin cinayətləri törədənlərin mühakiməsidir. Qoy, beynəlxalq hüquq qlobal ədaləti dəstəkləyərək, vicdanını təmizləsin”.
Nigar