Xocalıda 17 yaşlı oğlan bu səhvinə görə məsuliyyətə cəlıb edildi

Xocalıda 17 yaşlı oğlan bu səhvinə görə məsuliyyətə cəlıb edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xocalıda 50 hektar ərazini yandıran 17 yaşlı gənc məsuliyyətə cəlb edilib.

Tribunainfo.az xəbər verir ki, bu barədə məlumatı DİN rəsmisi Elşad Hacıyev paylaşıb. O bildirib ki, gənc Xocalıda ehtiyatsızlıqla 50 hektara yaxın ərazini yandırıb:

“Badara çayı sahilində ocaq qalayan şəxs – 2008-ci il təvəllüdlü Maarif Mirzəyev məsuliyyətə cəlb olunub. Yanğın nəticəsində biçilmiş əkin sahəsi və bitki örtüyü külə dönüb”.

DİN rəsmisi bildirib ki, FHN və DİN xəbərdarlıq edir:

Açıq ərazidə ocaq qalamaq, tüstü mənbəyi yaratmaq ciddi təhlükə və məsuliyyət yaradır.

Gülşən Rəsul