Xocavənd rayonunun Yenikənd, Şuşa rayonunun Böyük Qaladərəsi və Xocalı rayonunun Aşağı Yemişcan kəndləri istiqamətində dağlıq ərazidə baş vermiş yanğınlar söndürülüb.
Bu barədə Tribunainfo.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.Nazirlyin yanğın-xilasetmə qüvvələrinin yüksək peşəkarlığı sayəsində yanğınların qarşısı alınıb.
Hazırda Ağdərə rayonunun Talış və Goranboy rayonunun Tapqaraqoyunlu kəndlərində yanğınla mübarizə tədbirləri intensiv şəkildə fasiləsiz olaraq davam etdirilir.
Əlavə məlumat veriləcək.