Xocalı və Ağdərəyə növbəti köç – FOTO

Xocalı və Ağdərəyə növbəti köç – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabrın 8-də Xocalının Xanyurdu, Ağdərənin Vəngli kəndinə növbəti köç prosesi baş tutub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı raronlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, bu mərhələdə Xanyurdu kəndinə 46 nədərdən ibarət 15 ailə,  Vəngli kəndinə isə 29 ailə- yəni 105 nəfər köçürülüb.

Prezidentin Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları üzrə xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, 32 ildən sonra doğma torpaqlarına qayıdan ailələrə yeni evlərinin açarlarını təqdim edib. O, bildirib ki, burda sakinlərin rahat  yaşayışı üçün müasir infrastruktur yaradılıb.

Hər iki kənd içməli su, elektrik enerjisi və təbii qazla, rabitə xətti ilə təmin olunub. Sakinlər isə illərdən sonra doğma yurdlarına qovuşmağın sevincini bölüşüblər.

Qeyd edək ki, indiyədək Xocalının Xanyurdu kəndinə 54 ailə 191 nəfər, Ağdərənin Vəngli kəndinə isə 81 nəfərdən ibarət 22 ailə köç edib.