backend

“Xocalı soyqırımını törədən Ermənistanın keçmiş və indiki prezidentləridir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İndiyədək beynəlxalq aləmdə Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirilsə də, hələlik məsələyə lazımi hüquqi qiymət verilmədiyi üçün qarşımızda mühüm işlər dayanır.  İndiyədək beynəlxalq aləmdə Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirilsə də, hələlik məsələyə lazımi hüquqi qiymət verilmədiyi üçün qarşımızda mühüm işlər dayanır. 

Azərbaycan prezidentinin Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı sərəncamı diqqətimizi bu məsələyə yönəldir”.
Bunu Milli Məclisdə beynəlxalq cinayətlər barədə yeni qanun layihəsinin təqdimatı zamanı Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev bildirib.
O qeyd edib ki, sərəncama əsasən müvafiq tədbirlər planı hazırlanıb həyata keçiriləcək: “Bu, bütün dövlət strukturlarının qarşısında duran əsas vəzifədir. Xocalı  soyqırımı ermənilərin 100 ildə Azərbaycana qarşı keçirdikləri vəhşiliklərin ən ağırıdır. Biz bunu bu şəkildə dünya ictimaiyyətinə çatdırmağa çalışırıq.  Beynəlxalq aləmdə də soyqırımı ən ağır cinayət əməli kimi qiymətləndirilir. Biz də bundan istifadə edərək ölkəmizə qarşı törədilən cinayət işinin günahkarları cəzalandırmağa çalışmalıyıq. Burada çox faktlar məlumdur. Onu törədən vaxtilə Ermənistan rəhbərliyində təmsil olunan şəxslər – keçmiş prezident Köçəryan, indiki rəhbər Sarkisyan və digər şəxslərdir. Onların çoxları da öz çıxışlarında günahlarını gizlətməyə çalışmırlar. Sarkisyan bu işdə yaxından iştirak etdiyini etiraf edərək əməllərinə bəraət qazandırmağa çalışıb”.
PA rəsmisi qeyd edib ki, bu gün qarşıda duran vəzifə siyasi informasiya mübarizəsi işini gücləndirmək, məsələyə beynəlxalq qiymətin verilməsinə nail olmaqdır: “Aparılan işlərin nəticəsində Xocalı qətliamını rəsmi şəkildə tanıyan ölkələrin sayı artır. Bu,  informasiya sahəsində aparılan işlərin nəticəsidir. ABŞ-da da bu sahədə geniş fəaliyyət aparılır. Artıq ABŞ-ın 20-dən artıq ştatı bunu qətliam kimi qəbul edib və bu fəaliyyət davam etdirilir. Bu gün xeyli uğurlar qazansaq da, təcrübə göstərir ki, qalib çıxmağımız, torpaqlarımızın azad olunması ona lazımı qiymətin verilməsi üçün kifayət deyil. Biz işimizi daha da intensivləşdirməli və məsələyə hüququn qiymətin verilməsinə dair işlərimizi davam etdirməliyik. Bu baxımdan “Beynəlxalq cinayətlərin qarşısının alınması və onları törədən şəxslərin cəzalandırılması haqqında” qanun layihəsini yüksək qiymətləndirirəm. Bu sənəd hüququ baxımdan işlərin yekunlaşmasına öz töhfəsini verəcək ki, bunu törədənlərin cəzalandırılmasına nail olaq, ərazi bütövlüyümüzü pozanlara qarşı zəruri işlərimizi görə bilək”.