Xocalı soyqırımını ilk lentə alan tanınmış teleoperator, Qarabağ qazisi Seyidağa Mövsümlü vəfat edib
TİA.AZ xəbər verir ki, bu barədə “Facebook” sosial şəbəkəsində “Hərbi xəbərlər və məlumatlar” səhifəsində bildirilib.
Məlumatda vurğulanır ki, Milli Ordunun 100 illik yubileyinə bircə gün qalmış Azərbaycanın ilk hərbi operatoru, ilk hərbi stringeri Seydağa Mövsümlü dünyasını dəyişib.
Xatırladaq ki, S.Mövsümlü uzun illərdir ki, Qarabağda döyüşdə aldığı yaradan əziyyət çəkirdi.
Allah rəhmət eləsin!