Xızı rayonu Yeni Yaşma kəndində uşaqların həyatı təhlükə altındadır.
TİA.AZ-ın“Ölkə.Az”-a istinadən məlumatına görə, son günlər yağan yağışlar nəticəsində kəndin uşaq baxçası yarımadanı xatırladır. Ətrafını su basmış müəssisəyə yalnız bir istiqamətdən giriş-çıxış var.
Yerli sakinlərin bildirdiyinə görə, hər qış övladları eyni təhlükəni yaşamaq məcburiyyətində qalırlar.
Mövzunu diqqətdə saxlayacağıq.