Xızıda meşəlik ərazidə yanğın – Video

Xızıda meşəlik ərazidə yanğın – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xızı rayonunun Qarabulaq kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verib.

Tribunainfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Xızı rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. Relyefin mürəkkəbliyi səbəbindən əsasən əl üsulundan istifadə olunmaqla yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində havanın küləkli olmasına baxmayaraq yanğın genişlənməsinə, o cümlədən çoxillik palıd və digər ağaclardan ibarət sıx meşəlik əraziyə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 1 hektar sahədə kol-kos, xəzəl və qurumuş ağac kötükləri yanıb. Sıx meşəlik ərazi yanğından mühafizə olunub.